Turnirdə Azərbaycan pəhləvanları ilə yanaşı, Ukrayna, İran, Özbəkistan, Gürcüstan, Slovakiya, Türkmənistan, Macarıstan, Qazaxstan, Qırğızıstan, Rusiya, Belarus və Türkiyə güləşçiləri iştirak edir.
Azərbaycan güləşçiləri ilk yarış günündə 3 qızıl, 8 gümüş və 9 bürünc medal qazanıb. Komanda hesabında yığmamız birinci olub. İkinci yerdə İran, üçüncü yerdə isə Gürcüstan komandası qərarlaşıb.
İkinci yarış günündə gənclər arasında yunan-Roma güləşi üzrə 102 pəhləvan mübarizə aparıb. Gənc güləşçilərimiz yarış gününü 4 qızıl, 2 gümüş və 3 bürünc medalla başa vurub. Komanda hesabında Azərbaycan birinci, Türkiyə ikinci, Gürcüstan isə üçüncü pillədə qərarlaşıb.
50 kq FİNAL – Azər Nəsibli – Nofəl Babayev 3:4 Bürünc medal – Murat Çankaya (TUR) Bürünc medal görüşü – Ziyad Zeynalov – Nuqzari Tsurtsumia (GEO) 0:5 |
74 kq FİNAL – Furkan Bayrak (TUR) – Burhan Akbudak (TUR) 1:1* Bürünc medal görüşü – Mehrac Kərimov – Y.Başer (TUR) 2:11 Bürünc medal görüşü – Şəmistan Quluzadə – Keivan Rezai (İRİ) 1*:1 |
55 kq FİNAL – Təbriz Yusifzadə – Ağania Mohammadreza (İRİ) 10:0 Bürünc medal görüşü – Fikret Keser (TUR) – Necip Can Dokgöz (TUR) 0:8 Bürünc medal görüşü – Dato Çkartişvili (GEO) – Nuzudbek Turçubayev (KGZ) |
84 kq FİNAL – İslam Abbasov – Mehmet Can Bıçak (TUR) 4:1 Bürünc medal görüşü – Mahdi Fallahhamidanadi (İRİ) – Nika Qavaşeli (GEO) 3:1 Bürünc medal görüşü – Giorgi Melia (GEO) – Giga Kokoladze (GEO) 3:1 |
60 kq FİNAL – Levani Kavjaradze (GEO) – Kərim Cəfərov 5:4 Bürünc medal görüşü – Kali Sulaymanov (KGZ) – Hüseyin Sayın (TUR) 8:0 Bürünc medal görüşü – İrakli Şavadze (GEO) – Mehmet Geker (TUR) 5:0 |
96 kq FİNAL – Orxan Nuriyev – Zsolt Torok (HUN) 3:1 Bürünc medal görüşü – Sulxani Buidze (GEO) – Mohammad Biranvand (İRİ) 10:1 Bürünc medal görüşü – İbrahim Tığcı (TUR) – Soslan Fanziyev 1:2 |
66 kq FİNAL – Maksim Yevtuşenko (UKR) – Ramazi Zoidze (GEO) Bürünc medal görüşü – Janat Bolotbekov (KGZ) – Namaz Rüstəmov 9:14 Bürünc medal görüşü – Oğuzhan Yalçın (TUR) – Ruhin Mikayılov 6:4 |
120 kq FİNAL – Zviadi Pataridze (GEO) – Osman Yıldırım (TUR) 4:1 Bürünc medal görüşü – Beka Kandelaki (GEO) – Zamir Məhəmmədov 5:0 Bürünc medal görüşü – Roman Kim (KGZ) – Emre Muyan (TUR) 9:3 |